İDMAN
İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı
Bakı, 27 aprel, AZƏRTAC
Bu gün Türkiyə Superliqasında 34-cü turun növbəti oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, günün ən maraqla gözlənilən matçı “Fənərbağça” və “Beşiktaş” komandaları arasında baş tutacaq derbi olacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Meydan sahiblərində zədəli olan Ceyden Oostervolde bu matçda forma geyinməyəcək. “Beşiktaş”da isə 4 futbolçu derbidə olmayacaq. Bunlar kart cəzalısı olan Yonas Svensson, zədəlilər Bəxtiyar Zaynutdinov, Sərkan Əmrəcan Terzi və Tayfur Bingöldür.
Günün digər görüşləri “Kasımpaşa” – “Samsunspor”, “Sivasspor” – “Konyaspor” və “Hatayspor” – “Başakşəhər” komandaları arasında baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.05.2024 [21:56]
Premyer Liqa: Son çempion “Zirə”ni məğlub edib
- 11.05.2024 [19:17]
Azərbaycan parataekvondoçusu Avropa çempionu olub
- 11.05.2024 [18:04]
İngiltərə Premyer Liqası: “Mançester Siti” darmadağınla liderliyə yüksəlib
- 11.05.2024 [17:10]
“Paris-2024”ə lisenziya qazanan yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
- 11.05.2024 [16:15]